İlham Əliyevi Avropada aksiya ilə qarşıladılar -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevi Avropada aksiya ilə qarşıladılar - Fotolar

Dünya

13 May 2019 19:39 2213


Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin qarşılanması və ona dəstək aksiyası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmisiniz!”, “Cənab Prezident, Sizi salamlayırıq!” və sair şüarlar səsləndirən soydaşlarımız Azərbaycan dövlətinin başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. Marqarita pizza

Aksiya iştirakçıları bundan sonra da Prezident İlham Əliyevə daim dəstək olacaqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!