İlham Əliyevin Bolqarıstana səfəri gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin Bolqarıstana səfəri gözlənilir

Siyasət

25 Aprel 2023 09:48 681


Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bolqarıstana səfəri gözlənilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Standart news" nəşri yazıb. 

Bildirilir ki, Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev və İlham Əliyev bu gün Sofiyada Bolqarıstan ("Bulqartransqaz"), Rumıniya (Transqaz), Macarıstan (FGSZ), Slovakiya (Eustream) və Azərbaycanın (SOCAR) qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığı təşviq etmək məqsədilə Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəklər.  Dördpendirli pizza

Mərasimdən sonra prezidentlər Rumen Radev və İlham Əliyev Sofiyada SOCAR-ın ofisinin açılışını edəcəklər. 

"Azərbaycan Dövlət Neft Şirkətinin ölkəmizdə nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub", - deyə nəşr qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!