İlham Əliyevin bu qərarından sonra Paşinyan da hərəkətə keçə bilər

İlham Əliyevin bu qərarından sonra Paşinyan da hərəkətə keçə bilər

Siyasət Veb saytların hazırlanması

09 Dekabr 2023 19:41 2047


“Azərbaycan Prezidenti İlham Əliyevin erkən prezident seçkisi qərarından sonra Ermənistanın baş naziri Nikol Paşinyan da eyni qərarı verib, erkən parlament seçkisi barədə düşünə bilər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. 

Politoloqun sözlərinə görə, gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək:

“Ermənistan müxalifəti indidən Nikol Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir. Erkən parlament seçkisi vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib İlham Əliyevlə danışıqlarda arxaya boylanmadan nəticə əldə etmək istəyə bilər. Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb. Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha da gücləndirəcək.

Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra müharibə istəmir, Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yoluyla həllini istəyir. Bu, Paşinyanın işinə yarayır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!