İlham Əliyevin dəstəyi ilə təmir olunmuş məscidin açılışı olub

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevin dəstəyi ilə təmir olunmuş məscidin açılışı olub

Din

27 Yanvar 2019 04:53 1469


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfər edib.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan prezidentinin yardımı sayəsində Vladiqafqazda yenidən bərpa edilmiş Muxtarov məscidinin açılışı olub. 1908-ci ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən məscid binası İlham Əliyevin dəstəyi ilə bərpa olunub.

Tədbirdə çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan ilə Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə məlumat verib. pizza mizza

A.Paşazadə çıxışında bildirib ki, Vladiqafqazda memarlıq incisi sayıla biləcək Muxtarov məscidinin minarələri fəxrlə ucalır. 

QMİ sədri Azərbaycan prezidentinin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladiqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini qeyd edib. 

QMİ sədri bu işlərin Azərbaycanda davamlı olaraq həyata keçirildiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!