“İlham Əliyevin İtaliyaya səfəri xüsusi əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“İlham Əliyevin İtaliyaya səfəri xüsusi əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

Siyasət

03 Sentyabr 2022 14:46 900


“Prezident İlham Əliyevin İtaliyaya işgüzar  səfəri çərçivəsində keçirilən görüşlər,  iki ölkə arasında 2020-ci ildə imzalanan  “Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” fonunda əməkdaşlığın ayrı-ayrı sahələr üzrə inkişafına xüsusi diqqətin göstərilməsi,  Azərbaycanın tarixi Zəfərindən sonra  beynəlxalq aləmdə mövqeyinin daha da  möhkəmlənməsi barədə səsləndirilən fikirlər, hər iki dövlət tərəfindən təcrübə mübadiləsini genişləndirəcək təkliflərin irəli sürülməsi və atılan digər addımlar münasibətlərimizin yeni reallıqlara uyğun inkişafını  müəyyənləşdirir. İkitərəfli gündəliyin genişləndirilməsinə yönələn addımlar sırasında təhsil sahəsində əməkdaşlığı xüsusi qeyd etməliyik”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan müəllifi olduğu qlobal enerji layihələrini reallaşdırmaqla dünyada etibarlı tərəfdaşlıq formatı yaradıb: “Dövlət başçısı İlham Əliyev İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar iclasında çıxışında ölkəmizin  iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrasından, dövlətimizin enerji strategiyasının  mərhələlərindən geniş bəhs edərək gerçəkləşdirilən layihələrlə dünyanın enerji xəritəsini dəyişdirdiyimizi xüsusu vurğuladı. Dövlət başçısının çıxışında çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması, TANAP və TAP qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın enerji siyasətinin beynəlxalq aləmdə uğurları kimi önə çəkildi. Bu fikir bir daha diqqətə çatdırıldı ki, Azərbaycan  dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkədir və  dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qısa zamanda  Avropa bazarına, o cümlədən İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Neft ölkəsi kimi tanınan Azərbaycan qısa zamanda qaz ixracatçısı kimi də beynəlxalq arenada nüfuz qazandı.” pizza

  Ümumilikdə Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və mövqeyinin göstəricisi kimi dəyərləndirən Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin belə beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ilə yanaşı, həmin platformalarda çıxışı  Azərbaycan reallıqlarını, ölkəmizin hazırda dəyişən dünyanın siyasətinə verdiyi töhfələri beynəlxalq  ictimaiyyətə çatdırmaq  imkanları yaradır: 

YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  dövlət başçısı İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri ümumilikdə  Azərbaycanın tarixi Zəfərdən sonra regionda və dünyada yaratdığı yeni reallıqların qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir: “Postmünaqişə dövründə reallaşan bu kimi səfərlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək qalib ölkə kimi nüfuz qazanmasına dəstəyin aydın ifadəsidir. Həmçinin qalib ölkənin  Prezidenti kimi bu səfərləri reallaşdıran dövlət başçısı İlham Əliyev beynəlxalq səviyyəli tədbirlərdə yeni reallıqların müəllifi, yaradıcısı kimi çıxış edir, Azərbaycanın xarici siyasətində dəyişməyən prinsipləri diqqətə çatdırır. Bu, Azərbaycanın böyük diplomatik uğurudur.” 

“Dövlət başçısı İlham Əliyev, həmçinin səfər çərçivəsində keçirdiyi görüşlərdə, eyni zamanda, Forumdakı çıxışında  işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensial imkanlardan bəhs etdi” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, enerji strategiyamızın  hazırkı mərhələsi bərpa olunan enerji mənbələrinə sərmayələrin qoyulmasıdır: “Dövlət başçısı Forumdakı çıxışında bu rəqəmi də açıqladı ki, azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Səudiyyə Ərəbistanından,  Birləşmiş Ərəb Əmirliyi və  Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq Azərbaycana investisiya yatırır. Onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu,  ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə  ixrac potensialımızı gücləndirəcək. Bu gün artıq elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq.”

YAP Xətai rayon təşkilatının sədri  İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində iştirakından  bəhs edərək  bu mühüm addımı da postmünaqişə dövrünün reallıqlarının qəbulunun göstəricisi kimi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!