Millət vəkili Tahir Mirkişili prezident İlham Əliyevin Real TV-yə müsahibəsinin xüsusi kompüter proqramı vasitəsilə analiz olunduğunu bildirib.
“Yeni Sabah” xəbər verir ki, deputat analizin sonunda ortaya maraqlı nəticələrin çıxdığını vurğulayıb.
O, qeyd edib ki, 5000-dən çox sözdən ibarət olan müsahibə boyunca Əliyevin ən çox istifadə etdiyi sözlər hesablanıb və onlar belə sıralanıb: "Azərbaycan", "vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat", "gənc" və "inkişaf"... Dördpendirli pizza
“Müasir texnoloji təhlil də dövlət başçısının siyasi xəttinin əsas istiqamətlərinin Azərbaycan dövləti, Azərbaycan vətəndaşı, iqtisadi inkişaf, islahatlar və gənclər olduğunu göstərir”, deyə millət vəkili qeyd edib.
Telegram kanalımız