“İlham Əliyevin qətiyyəti və ardıcıl siyasəti nəticəsində Azərbaycan hər bir hədəfə zamanında nail olur”

saytların hazırlanması

Evə çatdırılma

“İlham Əliyevin qətiyyəti və ardıcıl siyasəti nəticəsində Azərbaycan hər bir hədəfə zamanında nail olur”

Siyasət

27 Aprel 2023 20:10 534


"Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Ermənistanın bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün Azərbaycanın sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addım atmaq barədə düşünməməsi mütəmadi olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozması sənəddə əksini tapan müddəaların təkrar-təkrar xatırladılmasını şərtləndirir. Üçtərəfli Bəyanatda qeyd edilmişdir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələri qalıqlarının Azərbaycan ərazisindən çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Laçın yolu üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən edilməsi və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulurdu. Azərbaycan Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdi. Sənədin imzalanmasından ötən müddət ərzində Azərbaycan tərəfi üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək sülh gündəliyinin müəllifi kimi mövqeyini möhkəmləndirdiyi halda Ermənistan öhdəliklərin icrasında maraqlı olmadığını hər addımında təsdiqləyir".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il avqustun 26-da özünün “Tvitter” səhifəsində belə bir paylaşım etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Bu müjdədən çox keçmədi ki, Müzəffər Ali Baş Komandan sentyabarın 21-də Laçın şəhərinə səfər etdi və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı.  pizza hut

Göründüyü kimi, Azərbaycan istədiyinə nail olur. Atılan addımlar Azərbaycanın mövqeyinin dəyişməzliyini, qarşıya qoyduğu hər bir hədəfə yüksək səviyyədə nail olmaq üçün səylər göstərdiyini nümayiş etdirir.

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti dünyada Ermənistan və havadarları tərəfindən Azərbaycana qarşı kampaniya təşkil edilməsinə, xarici mediada Azərbaycan əleyhinə aparılan qara piar kampaniyasına yönəldib. Bildirib ki, heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli və ədalətli mövqeyindən daşındıra bilmədi. Azərbaycan öz haqqını tələb etməkdə davam etdi, hətta Azərbaycan Respublikasının Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət ünvanlayaraq onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qaldı. Bütün bunlar Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, himayədarlarına arxalanaraq təxribatlar törətməklə, qərəzli, heç bir əsası olmayan bəyanatlar səsləndirməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa səy göstərdiklərini təsdiqləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!