İlham Əliyevlə görüşən nənə - “Hər vəziyyətimizi gördü”

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevlə görüşən nənə - “Hər vəziyyətimizi gördü”

Sosial

09 Fevral 2019 04:04 899


Şamaxıda dövlət başçısının görüşdüyü və xüsusi münasibət göstərdiyi 91 yaşlı Saray Eyvazova həmin anın təəssüratlarını danışıb.

Şamaxı rayonu, Salman Mümtaz küçəsi 33 ünvanında yaşayan Saray Eyvazova deyir ki, zəlzələ nəticəsində evlərinin dağılması narahatlıq yaratsa da, prezidentin bütün olanlarla şəxsən maraqlanması onlarda böyük arxayınlıq yaradıb.

Saray nənə bildirir ki, prezidentlə görüşü zamanı onu ən çox təsirləndirən dövlət başçısının onunla böyük hörmətlə görüşməsi olub. Saray Eyvazova deyir ki, dövlət başçısının bu addımı onların dövlətə inamını daha da artırıb. Toyuqlu pizza

Qeyd edək ki, dövlət başçısı Şamaxıya səfəri zamanı bir sıra vətəndaşların zəlzələ nəticəsində dağılmış evlərinə baş çəkib və dağıntıların aradan qaldırılması, eləcə də evi yararsız vəziyyətə düşənlərin yeni mənzillərlə təmin edilməsi ilə bağlı tapşırıqlar verib. Hazırda aidiyyəti dövlət qurumları verilən tapşırıqların icrası ilə məşğuldurlar.

Xezerxeber.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!