İlin sehrli sözü açıqlandı – 130 min dəfə...

saytların hazırlanması

Evə çatdırılma

İlin sehrli sözü açıqlandı – 130 min dəfə...

Maraqlı

21 Noyabr 2024 16:03 1608


Bütün dünyada ingilisdilli ölkələr və ingilis dili öyrənənlər tərəfindən geniş istifadə edilən “Cambridge Dictionary” ilin sözünü açıqlayıb.

Yenisabah.az xəbər verir ki, lüğət sosial mediada məşhurların təsiri ilə populyarlığı artan və “arzulanan bir şeyə nail olmaq, onu xəyal etmək” mənasını verən “manifest” sözünü 2024-cü ilin sözü elan edib.

Sözün sifət kimi mənşəyi “aydın” və ya “aşkar” mənasında olduğu halda, fel kimi son mənası müsbət təfəkkürün gücünə əsaslanaraq xəyalların gerçəkliyə çevrilməsini nəzərdə tutur. Dördpendirli pizza

“Cambridge Dictionary”-nin nəşriyyat meneceri Wendalyn Nichols bildirib ki, "manifest" sözü 2024-cü ilə qədər böyük populyarlıq qazanıb və lüğətin saytında 130 min dəfə axtarış edilib.

Nikols sosial media və pop mədəniyyətin təsirinə işarə edərək, bu sözün mənasının zamanla necə dəyişə biləcəyini qeyd edib.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!