İlin sonun qədər bütün avtobuslar kart sisteminə keçəcək

saytların hazırlanması

Evə çatdırılma

İlin sonun qədər bütün avtobuslar kart sisteminə keçəcək

Avto

08 Avqust 2019 19:23 1247


Bakı Nəqliyyat Agentliyi (BNA) bu yaxınlarda avtobuslarla bağlı bir sıra dəyişikliklərin olacağını bildirib.

BNA-nın mətbuat katibi Mayis Ağayev Sputnik-ə açıqlamasında 2019-cu ilin sonunadək avtobuslarda "qəpik sistemi”nin tamamilə ləğv olunacağını qeyd edib: "Paytaxtın bütün avtobuslarında gediş haqqı yalnız kart vasitəsilə ödəniləcək.”

Ağayev açıqlamasında 300 yeni avtobusun istifadəyə veriləcəyini də vurğulayıb. Hazırda şəhərin yalnız 500 avtobusunda nağd ödəniş həyata keçirilir. Şəhərdə "Bakıkart”ın balansının artırılması üçün 148 metro, 51 BakuBus və 189 "Milliön” terminalı mövcuddur. Yaxın gələcəkdə isə kartın balansını online formada artırmağın mümkün olacağı haqda məlumat yayılıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!