“İlk daşı Əkrəm Əylisli atıb” - Elçin Hüseynbəyli

saytların hazırlanması

Evə çatdırılma

“İlk daşı Əkrəm Əylisli atıb” - Elçin Hüseynbəyli

Yazar

22 Noyabr 2022 16:54 7793


Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla yazıçı Əkrəm Əylisli arasındakı polemika səngimək bilmir.

Məlum olduğu kimi, bir müddət bundan əvvəl Əkrəm Əylisli Azərbaycan Yazıçılarının XII qurultayı haqqında sərt ifadələr söyləmiş, o cümlədən Anarın İsmayıl Şıxlını devirərək onun yerinə AYB sədri olması ilə bağlı qalmqallı açıqlamlar vermişdi. 

Bu gün isə Xalq yazıçısı Anar son dövrlər onun adı ətrafında cərəyan edən hadisələrlə bağlı məqalə yazıb və məqalədə Əkrəm Əylisliyə ismarıclar göndərib. Marqarita pizza

AYB-nin katibi yazıçı Elçin Hüseynbəyli Bakupost.az -a verdiyi müsahibəsində iki qocaman yazıçı arasında illərdir davam edən səngimək bilməyən bu toqquşma ilə bağlı fikirlərini bildirib.

Yazıçı bunu emosiayaların toqquşması hesab etdiyini vurğulayıb:

“Bunlar emosiyaların toqquşmasıdır. Eyni zamanda birinci daşı kimin atmasına bağlıdır. Mən burda tərəf tutmaq istəmirəm, amma araşdırsan görərsiniz ki, ilk daşı Əkrəm Əylisli atıb. Birinci cığallığı da o başlayıb. Mənim yaxşı yadımdadır bir dəfə yazmışdı ki, “Rəsul Rza kimi adamlar mənim ətrafımda fırlanır.” Bu etik ifadə deyil. Onda Anar müəllim ona cavab verdi və Əkrəmin Rəsul Rzaya yazdığı məktubu çap elədi. Hansı ki, Komsomol mükafatını almaq üçün Rəsul Rzaya minnətçi düşmüşdü.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!