İlk “DOST” mərkəzi açılacaq

saytların hazırlanması

Evə çatdırılma

İlk “DOST” mərkəzi açılacaq

Sosial

18 Fevral 2019 17:46 933


Yaxın günlərdə Azərbaycanda ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi açılacaq.

”Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.

Nazir bildirib ki, mərkəzdə "bir pəncərə" prinsipi ilə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində 124 xidmət göstəriləcək: "Perspektivdə ölkədə 31 "DOST" mərkəzinin açılışı nəzərdə tutulur". pizza mizza

Qeyd edək ki, ilk “DOST” mərkəzi Yasamal rayonunda açılacaq. Ümumilikdə cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!