İlk xəbər belə idi: “Bütün cəbhə boyu qoşunlarımız əks-hücuma başlayıb”

saytların hazırlanması

Evə çatdırılma

İlk xəbər belə idi: “Bütün cəbhə boyu qoşunlarımız əks-hücuma başlayıb”

Siyasət

27 Sentyabr 2022 08:14 9332


İki il bundan əvvəl sentyabrın 27-də 44 günlük Vətən Müharibəsi başladı və torpaqlarımız düşmən işğalından azad olundu. 

“Yeni Sabah” xatırladır ki, əməliyyat səhər saatlarında başlamışdı və bu haqda ilk rəsmi xəbər Müdafiə Nazirliyi tərəfindən 9.10-da yayımlandı. Bazar günü idi. Ölkə səhəri bu xəbər başlığı ilə açdı: “Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb”.

Və həmin qısa rəsmi açıqlamada deyilirdi: pizza sifarişi

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!