İlon Maskın çılğın layihəsi: İnsan beyni komputerlə birləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

İlon Maskın çılğın layihəsi: İnsan beyni komputerlə birləşdirilir

Rəqəmsal

18 İyul 2019 08:38 1632


Məşhur iş adamı İlon Mask insan beynini kompüterlə birləşdirməyi hədəfləyən “Neuralisk” proyektini ictmaiyyətə təqdim edib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, İ.Maskın 2 ildən çoxdur ki, üzərində çalışdığı layihədə əsas məqsəd beyinə yerləşdirilən bir cihazla insan zehnini “oxumaq” və cisimləri hərkət etdirə bilməkdir.

Həmin cihazın beyinə robot tərəfindən yerləşdirilməsi planlaşdırılır.

Cihaz hələlik yalnız heyvanlar (siçan və meymun) üzərində test edilib. Tədqiqat üçün istifadə olunan meymun kompüteri beyniylə idarə etməyi bacarıb.

İ.Mask bu layihə uğurlu alınarsa, bir çox xəstəliklərə, xüsusilə də parkinsona çarə olacağını deyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!