İlon Maskın qızı Amerikanı tərk etməyi düşünür

saytların hazırlanması

Evə çatdırılma

İlon Maskın qızı Amerikanı tərk etməyi düşünür

Maraqlı

08 Noyabr 2024 12:31 2397


İlon Maskın 20 yaşlı qızı Vivian Uilson Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra ABŞ-ı tərk etməyi düşünür.

Yenisabah.az xəbər verir ki, atası ilə fikir ayrılığı olan Vivian əslində, Maskın ilk arvadı Castin Uilsondan dünyaya gələn Xavier adlı oğlandır. 2022-ci ildə cinsiyyət dəyişikliyi üçün məhkəməyə müraciət edib və Vivian Cenna Uilson adını seçərək atası ilə bütün bağları qırıb.

Mask qızını "anti-zəngin kommunist" adlandırıb. Vivian isə atasının iddialarına qarşı sərt açıqlamalar verib. O, uşaqlıq illərində atasının yanında olmadığını, qısa müddətli münasibətlərində qadın xüsusiyyətlərinə və cinsi şəxsiyyətinə görə daima təzyiqlərə məruz qaldığını bildirib: pizza hut

”Atam məni sadə bir qəlibə sığdırmağa çalışır. Bu onun qəribə fərdlərə və uşaqlara baxışını açıq şəkildə göstərir" .

 Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!