“Respublikaçı inqilabın devirdiyi kralların hakimiyyətə qayıtmasına Yeni Tarixdə "Bərpa dövrü" deyilir. Odur ki, mənə aid edilən "Cümhuriyyəti bərpa edəcəyik" cümləsini işlətdiyimə tarixçi təhsilimə görə inanmıram. Ola bilər ani ironiya ilə haçansa belə bir bənzətmə etmişəm”.
Yenisabah.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov deyib. Siyasətçi fəlsəfi ironiyanın adlarda da olduğunu vurğulayıb:
“Necə ki danimarkalılar dünyanın ən böyük buzlu adasına "Yaşıl el" - Qrenlandiya deyir, biz də respublikaçı alternativ məramı ilə çıxış edən partiyamıza qısa kral adı qoymuşuq - REAL. pizza
1918-ci ildən danışanda çoxları anlamır ki, o zaman Cümhuriyyət sözü iki məna daşıyırdı: ilk növbədə müstəqil dövlət, sonra isə dövlət quruluşu. 1918-ci ildə heç bir ciddi monarxiya variantımız yox idi deyə, Cümhuriyyət sözünü məna ilə ən çox dolduran məhz müstəqil dövlət amalı idi. 103 il ərzində müstəqillik baxımından fərqli, ən ağır mərhələlərdən keçdik və dövlətimiz öz yaşamaq qabiliyyətini sübut etdi. Amma möhkəmləndikcə onun quruluşundakı cümhuriyyət təməlləri zəiflədildi. REAL məhz ona görə yarandı və onların keşiyindədir”.
İlqar Məmmədov hesab edir ki, 28 May həm sadəcə dövlətçilik tərəfdarlarının, həm də cümhuriyyətçilərin bayramıdır:
“Çalışaq ki, Azərbaycanın bu təməllərini tarix heç vaxt sərt toqquşdurmasın. Dövlətimiz dünyaya Cümhuriyyət kimi gəlib, elə də davam etsin”.
Telegram kanalımız