İlqar Məmmədov bu deputatları istefaya çağırdı   - Şok səbəb

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov bu deputatları istefaya çağırdı - Şok səbəb

Siyasət

30 Aprel 2021 13:25 1189


“Həbs edilən icra baçılarının sayı artır, amma o rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir”.

Yenisabah.az xəbər verir ki, bu barədə ReAl partiyasının sədri İlqar Məmmədov Facebook-da yazıb. 

O, bir il əvvəl deputatlara etdiyi çağırışı xatırladıb və qeyd edib ki, icra başçısı həbs edilən rayonları təmsil edən deputatlar könüllü istefa verməli və yenidən seçkiyə qatılmalıdırlar: Pepperoni pizza

“Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işini davam et.

İkincisi, ötən parlament seçkiləri haqda ATƏT-in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdiyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır. Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!