İlqar Məmmədov Əli Kərimli ilə debata çıxır

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov Əli Kərimli ilə debata çıxır

Siyasət

12 Sentyabr 2019 06:48 2291


Real Partiyasının sədri İlqar Məmmədov AXCP sədri Əli Kərimli ilə debata çıxacaq. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı İ. Məmmədov özü paylaşıb. O bildirib ki, “Azadlıq” radiosunun jurnalistləri Şahnaz Bəylərqızı və Ramin Deko ona müraciət edərək AXCP sədri Əli Kərimli ilə debata çağırdılar.

“Razılıq verdim. Dedim ki, əgər mövzu “boykot yoxsa, seçki”dirsə, onda AXCP boykot qərarını verən kimi, bu debata qatılacam, çünki başqa elə bir mübahisəli mövzu yoxdur. Məsələ o nöqtədə qalmışdı, bir xəbər gəlmədi. Sezar pizza

Bu gün tanınmış publisist-tənqidçi Xədicə İsmayılova da belə bir debatda moderatorluq etmək təşəbbüsü ilə çıxış etdi. Baxmayaraq ki, Xədicə İsmayılova cəmi iki gün əvvəl aşağılayıcı səbəb gətirərək mənimlə maraqlanmadığını bildirmişdi, dəvəti qəbul edirəm. Mövzuları gözləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!