İlqar Məmmədov Prezident Administrasiyasında

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov Prezident Administrasiyasında

Siyasət

11 Yanvar 2022 16:03 1753


ReAl Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə İlqar Məmmədov özü bildirib:

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşümdə siyasi dialoqun indiyə qədər verdiyi müsbət nəticələri bir daha qeyd etdik. Prosesin bundan sonrakı strategiyasına dair geniş söhbət apardıq, əməkdaşlığımızın gələcəkdəki mümkün formalarına və istiqamətlərinə ilkin baxışlarımızı bölüşdük”. Dominos pizza

İ.Məmmədovun sözlərinə görə, görüşdə ölkə gündəmində olan bir sıra məsələlərə də toxunulub. Media haqqında qəbul olunmuş yeni qanun, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələləri müzakirə edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!