İlqar Məmmədov yenidən sədr seçildi 

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədov yenidən sədr seçildi 

Siyasət

20 Noyabr 2023 11:14 574


İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) partiyasının Siyasi Komitəsinin sədri seçilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb. 

Siyasətçi qeyd edib ki, partiyada tutduğu vəzifə "Siyasi Komitənin sədri" adlandırılacaq.  Toyuqlu pizza

"Bundan başqa, 3 il əvvəl qəbul olunan keçmiş Nizamnamədə partiya liderinin maksimum səlahiyyət müddəti üst-üstə 8 il nəzərdə tutulmuşdu. 3 ilin artıq keçdiyini nəzərə alaraq, "əvvəllər partiya sədri olmuş şəxs" üçün müddət məhdudiyyətini yeni Nizamnaməyə "5 il" kimi yazdıq. Yoxsa sonra deyəcəkdilər qanunun təzələnməsindən istifadə edib bunlar öz müddətlərini sıfırladılar. Beləliklə, arada fasilələr olmasa, səlahiyyət müddətim 2028-ci ildə bitir", - o bildirib. 

Məlumata görə, iqtisadçı Natiq Cəfərli partiyanın icra katibi təyin olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!