İlqar Məmmədovu bu paylaşıma görə topa tutdular - Foto

saytların hazırlanması

Evə çatdırılma

İlqar Məmmədovu bu paylaşıma görə topa tutdular - Foto

Siyasət

10 Sentyabr 2019 11:16 1325


Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov iki gündür ki,  sosial şəbəkərlərdə tənqid atəşinə tutulur. 

“Yeni Sabah” xəbər verir ki, buna səbəb İlqar Məmmədovun yersiz zarafatı olub. REAL sədri “Facebook”da “Depeche Mode” musiqi qrupunun “Where is revolitoin”(“Bəs inqilab hanı”) mahnısını belə bir qeydlə paylaşıb: 

“1980-90-ların ən sevdiyim qrupu Depeche Mode sən demə hələ də oxuyur: Məhsul stadionunda çəkdirdiyi klipin adı “Ə, bə inqilaf nooldu?”. Pepperoni pizza

İlqar Məmmədov bu paylaşımı ilə siyasi və ictimai fəlların tənqidlərinə tuş gəlib. REAL sədri paylaşımı silsə də, tənqidlərin arası kəsilməyib. Hətta İlqar Məmmədova simpatiyası olanlar belə, onun prezidentliyə iddialı şəxs olduğunu xatırladaraq bu tip zarafatları ilə reytinqdən düşəcəyini bildiriblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!