REAL Partiyasının sədri İlqar Məmmədovun prezidentin əfv sərəncamı ilə bağlı yazdığı paylaşım qalmaqal yaradıb.
“Yeni Sabah” xəbər verir ki, İ. Məmmədovun paylaşımı həm iqtidar, həm də müxalifət tərəfdarları tərəfindən tənqid edilib. O, statusunda yazıb: “Xəbərlər gəlir ki, 19 yanvar mitinqində və digər ictimai çıxışlarımda adlarını nümunə kimi çəkdiyim siyasi məhbuların hamısı, Əfqan Muxtarlı istisna olmaqla, bu gün azadlıqdadırlar - Mehman Hüseynov, Məmməd İbrahim, İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov və Əli İnsanov. Digər siyasi məhbuslar da tezliklə buraxılmalıdır, bunun üçün də var gücümüz və bacarığımzla çalışacağıq.
19 yanvardan sonra REAL-ın verdiyi qərarların tamamilə doğru-düzgün olduğu indi hər kəsə aydın olmalıdır. Bu bəyanatımıza görə iki ay əvvəl bizi qınaq atəşinə tutanlar artıq haqlı olduğumuzu etiraf etsinlər”. Dördpendirli pizza
Telegram kanalımız