İmam Hüseyn aşiqləri ilə Aslan İsmayılov arasında qarşıdurma

saytların hazırlanması

Evə çatdırılma

İmam Hüseyn aşiqləri ilə Aslan İsmayılov arasında qarşıdurma

Din

06 Aprel 2020 10:04 1973


“Artıq neçənci dəfədir ki, bəzi insanlar məni öz murdar əməllərinə qoşmaq istəyirlər. Bu gün Göyçayda Dəniz marketlə bağlı paylaşdığım şəkli mənə instagramda Qalib Namazov adlı izləyici göndərib. Şəkil mənə çox xoş təsir bağışlayıb və onu paylaşmaq qərarına gəlmişəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu məşhur hüquqşünas Aslan İsmayılov deyib. O, bildirib ki, paylaşacağı şəklin orijinal olub olmamasını bilmək üçün ondan şəkili bir neçə istiqamətdən çəkib göndərməsini xahiş edib. 

“Həmin şəxs mənə şəklin orijinallığına inandırdığından olduğu kimi paylaşdım. Paylaşmadan az sonra eyni vaxtda yüzlərlə şəxs ən əxlaqsız formada məni təhqir etdi və şəkili dərhal yığışdırmağı, yerinə yenisini qoymağı tələb etdi.  Toyuqlu pizza

Birincisi, mənim əsas məqsədim insanlara xoş məramlı hərəkəti aşılamaq olub, ikincisi, əgər bu qədər vacib olduğu üçün kimsə mənə yalnışlığı izah edib xahiş etsə idi, şəkli dəyişmək mənim üçün problem deyildi. Buradan bir daha təkrarlayıram ki, mübarizənin nə olduğunu bilirəm və qorxacaq heç nəyim yoxdur.

Buradan özünü şərhlərdə guya İmam Hüseyn tərəfdarı kimi özünü qələmə verib məni təhqir edənlərə bildirirəm ki, əgər sizin İmam Hüseyn, Həzrət Əli şəxsiyyətlərindən, onların əməllərindən, niyyətlərindən xəbəriniz olsa bu paylaşıma görə mənə təşəkkür edərdiniz, çünki niyyətim saf, insanlara kömək etmək olub. İmam Hüseyn, Həzrət Əli məhz sizi kimi söyüş söyənlərə, haqq-ədaləti pozanlara, İslama ləkə gətirənlərə qarşı mübarizə aparıblar və insanları başqalarına bacardıqca kömək etmələrini təbliğ ediblər. 

Ona görə də İslam dininin ən görkəmli, bu günə qədər sevilən şəxsiyyətlərindən olublar. Mənim onlara qarşı nəinki qərəzim olub, əksinə həmişə böyük hörmətlə yanaşmışam. Məhz sizin kimi əxlaqsız ifadələrə yol verənlər, reklamla məşğul olanlar İmam Hüseyn, Həzrət Əli yolunun düşmənləridir.

Heç vaxt hansısa murdar oyunlarda iştirak etməmişəm və etməyəcəm, heç kimdən də qorxum yoxdur. Ona görə də murdar niyyətlə mənə hansısa şəkil, yazı göndərənlər bilsinlər ki, bundan sonra əxlaqıma zidd olsa da həmin yazı, şəkillər və yazışmaları sürü hissi ilə yaşayanlar tərəfindən təhqir olunmamaq üçün paylaşacam. 

Yazışmamızı ardıcıllıqla 3 şəkildə paylaşıram. Şəklin orijinalını aldıqdan sonra həmin şəkli Q.Namazova göndərərək ona iradımı bildirmişəm. Qalanını özünüz təhlil edin. Mənim işim maarifçilikdir. Pis əməl, niyyət sahiblərini də hamı tanımalıdır.

Bir çox səhifə iştirakçıları mənə şəkil göndərib paylaşmamı xahiş edirlər. Paylaşmadıqda isə inciyirlər. Məhz bu səbəblərdən mən bir çox təklifləri cavabsız qoyuram. Hər birinizdən şəkli mənə yollayan Qalib Namazovla yazışmamızı incələmənizi xahiş edirəm. Ümid edirəm, bundan sonra məni söyənlər, İslam düşməni, Allahsız adlandıranlar az da olsa vicdan əzabı çəkərlər. Məhz bu cür bölücülüklə cəmiyyətimizə düşmənçilik toxumu səpirlər.

Təəssüf edirəm ki, əsas niyyət kənarda qaldı, yenə bölücülər Bizi bir-birimizə qarşı qoydular”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!