Bir neçə gün əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlama verib. Onun açıqlamasından belə başa düşülür ki, Azərbaycanda məscidlərdə olan bir neçə imam öz vəzifələrindən ona görə istefa verib ki, onlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan Bayramı ilə bağlı fətvasına tabe olmaq istəməyiblər.
Əslində, bu il Şeyx həzrətləri bu il ilk dəfə olaraq bütün islam dünyası ilə həmrəylik nümayiş etdirmək məcburiyyətində olaraq Ramazan Bayramını “İran İslamı”ndan fərqli günə təyin etdi. Biz şeyxin bu qərarını alqışlayırıq. Bütün ədalət tərəfdarı olanlar bu qərara əl çaldı. Bircə İranın ölkəmizdə kök atmağa çalışan calaq imamlarından başqa. Lap yaxşı... Təkcə onların razılaşmamaq mövqeyi Şeyximizin nəhayət ki, haqq yoluna gəldiyini göstərir. Buna şükür etmək bizim boynumuzun borcudur. Şükürlər olsun!
Lakin, məsələnin məğzi bunda deyil. Əsas məsələ odur ki, İrandan fətva alan bir çox imamlar coğrafiyamızın Şeyxinin fətvasına qoz qoymayıb. Onlar dolayısı ilə bildirmək istəyiblər ki, bizim üçün vacib olan İran ayətullahlarının fətvalarıdır. Sizə etiraz edirik! Biz sizin fətvanıza diqqət yetirmək fikrində deyilik. Biz səmada ay axtarırıq. Ay görünsə, siz deyəndir, görünməsə İran ayətullahlarının dedikləri bizim üçün qanundur. Tərslikdən də onlar sonsuz kainata baxdıqları zaman gözlərinə tor gəlib, ayı görə bilməyiblər. Və deyiblər ki, biz Şeyxin fətvasına etiraz olaraq istefa veririk. Pepperoni pizza
Nə gözəl. Elə bunun özü də bir mədəniyyətdir. Yaxşı ki, özləri başa düşüblər ki, şələ-şüləni yığıb getmək vaxtıdır. Gedəndə Elşən Xəzəri də özünüzlə aparın. Deyirlər o da Ayı görməyib...
Amma məni düşündürən başqa bir şeydir. Tarixdə imam kimi tanıdığımız şəxslər hər zaman haqsızlığa, ədalətsizliyə qarşı qiyam qaldırıblar. Onlar kasıb, məzlum insanların haqqının tapdanmasına etiraz ediblər. O imamlar elə bir iradə nümayiş etdiriblər ki, onların bu üsyanının haqq işi olduğunu haqq yolunda olanların heç biri, hətta tarix yazanlar belə inkar edə bilnməyib. O imamlar qan tökməkdən çəkinməyiblər. O imamlar öz qanlarının tökülməsindən də narahat olmayıblar. Onların ədalət kimi qəbul etdikləri anlayışlar bu gün də tarix araşdırmaçıları, obyektiv insanlar tərəfindən ədalət simvolu olaraq qəbul edilir. Onları vaxtında inkar edənlərin törəmələri də bu gün onların özünü simvol olaraq qəbul edirlər. Bəs, bizim bu qiyamçı imamcıqlar nə edir?
Bu haqda təəssüf ki danışmalıyıq. Onlar Şeyx Nəsrullah rüşyemindən qidalanan hüceyrələrdir. Onlar üçün müqəddəs heç nə yoxdur. Bu haqda öz fikrimi deyim. Ana, vətən anlayışı normal insanlar üçün din anlayışından çox-çox öndədir. Lakin bu adamların din kimi gözümüzə soxduqları şəbehlərin dinlə heç bir əlaqəsi yoxdur axı.
Bu imam deyilən adamlar bizim imam kimi qəbul etdiklərimizin tam tərsinədir axı. Onlar sadəcə pedofil İran ayətullahlarının əmrlərini yerinə yetirən, bu fars dövlətinin xüsusi xidmət orqanlarının geridəqalmış, düşüncəsi, təfəkkürü sıfırın altında olan fərdlərdən başqa bir şey deyillər axı. Onların hədəfi heç vaxt iki kitab oxumuş adamlar olmayıb. Onların müraciət etdiyi kütlə nəinki iki kitab oxumamış, heç öz adını yaza bilməyən kütbeyin toplumdur. Belələri içimizdə az da olsa var. Amma bu heç nəyi dəyişmir. Dəyişməyəcək də. Zaman o zaman deyil. İndi ölkəmiz ağıllı adamlarla doludur. Hətta balaca uşaqlar da fars əfasənələrinə nəinki inanmır, heç onları dinləmək də istəmir. O uşaqlar da istefa veriblər. Qiyam ediblər. İran təbliğatına inanan atalarına, babalarına üz çeviriblər. Onlar ataları, babaları kimi cahil olmaq istəmirlər. Bu o deməkdir ki, bu imamlar işsiz qaldılar. İndi onların tək işi qalıb: Şələ-şüləsini yığıb o pedofil ayətullahlarının əfsanələrini dinləmək üşün gedib onların dizinin dibində otursunlar. Azərbaycan İran olmayacaq! Bu ölkə cəhalət yuvası olmayacaq.
Elnur Məmmədli
Telegram kanalımız