İmamoğlu artıq Ərdoğan üçün rəqibə çevrilir – Şərh

saytların hazırlanması

Evə çatdırılma

İmamoğlu artıq Ərdoğan üçün rəqibə çevrilir – Şərh

Dünya

07 May 2019 10:08 1773


“Bazar günü axşam Ərdoğanın YSK-ya ünvanladığı çıxışından sonra bəlli idi ki, İstanbul bələdiyyə seçkilərinin nəticələri ləğv ediləcək. Bu seçkilərdə İstanbuldan başqa Qars və İğdırda da MHP tərəfindən seçki saylarına yenidən baxılması üçün YSK-ya baş vurulmuşdu. Dünən axşam isə əslində YSK gözlənilən qərar verdi. Beləliklə 23 iyunda Türkiyə yeni seçkilərə qədəm qoyacaq”.

Bunu “Yeni Sabah”a Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Türkiyədə ləğv olunan İstanbul bələdiyyə seçkilərindən danışarkən deyib:

“Lakin Seçki Komissiyası Qarsda  və İğdırda MHP-nin seçkilərlə bağlı başvurusuna rədd cavabı verdi. Maraqlısı odur ki , bundan sonra Dövlət Baxçalı susaraq öz etirazını bildirmədi. Əsas məsələ təbii ki, İstanbulda həll olunur. Çünki bu şəhər çox böyük maliyyə mənbəyidir. Bildiyiniz kimi Əkrəm İmamoğlu İstanbul bələdiyyə başqanı kimi bir neçə çıxışlar edib, hətta qərarlar qəbul etmişdi. pizza hut

Bunun sırasında İstanbul xəzinəsinin artıq nə vəqflərə, nə də ayrı-ayrı strukturlara, təşkilatlara gedəcəyi bildirilirdi. 

Türkiyə tarixində onların hansı rol oynadığı hamıya məlumdur. Bu, o qrupların xoşuna gələ bilməzdi. Söhbət milyardlarla pullardan, büdcədən  gedir. Eyni zamanda siyasi hakimiyyətin ayaqda qalması və öz iqtisadi, siyasi maraqlarını həyata keçirməsi üçün təbii ki, İstanbulda bələdiyyə başqanının kim olması önəmlidir. Bütün bunlar onu göstərir ki, doğrudan da hələ seçkilərdən əvvəl İstanbul uğrundan böyük mübarizə gedirdi. Nəticədə İmamoğlu və AKP namizədi Binəli Yıldırım arasında faiz fərqi çox az idi. Və bu, AKP-yə  bəhanə verdi ki, səslərin qeyri-real olduğunu bildirsin. 

Hər halda Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Bu qərarın düzgün olub olmaması haqqında fikir yürütmək istəməzdim. Əsas Türkiyənin inkişafı, gələcəyidir. Türkiyədə qütbləşməni aradan qaldırmaq lazımdır”.

Z.Məmmədov qeyd edib ki, yeni seçkilər, yeni səslər uğrunda mübarizə olacaq:

“Çünki AKP və CHP-nin tərəfdarının kimlər olduğu məlumdur.

Bundan əvvəl İstanbuldakı kürdlər və HDP-yə bağlı olanlar CHP-yə səs vermişdilər. İndi onların səslərini kimə verəcəyi maraqlıdır.

Onların səslərini CHP-yə deyil, AKP-yə verməsi üçün düşünürəm ki, AKP tərəfindən bir sıra qərarlar qəbul ediləcək. Bu qərarlar sırasında Səlahəddin Demirtaşın həbsdən azad olunması, Öcalanla bağlı qərar, eyni zamanda Suriyanın və İraqın şimalı ilə bağlı Türkiyə hərbçilərinin taktikalarını müəyyən dərəcədə dəyişməsindən söhbət gedə biləcək. Solçular, kommunist partiyası İstanbulda öz səslərini  yəqin ki, CHP-yə verəcək. Belə olduğu təqdirdə əsas mübarizə məhz kürd qruplarının, HDP-çilərin kimə səslərini verəcəyi ilə əlaqəli olacaq. 

Həmçinin mayın sonu iyunun əvvələrində Türkiyədə yeni partiyanın yaradılması istiqamətində söz-söhbət gedirdi. Və bu partiya Əli Babacan, Abdulla Gül, Əhməd Davudoğlu tərəfindən yaradılacaq. Onların da AKP daxilində çox ciddi elektoratı var və  onların da kimin tərəfində duracağı çox önəmlidir. Yəqin ki, onlar İmamoğlunun tərəfini tutarlar. Hər halda AKP-nin zəiflənməsində maraqlıdırlar”.

Politoloq bildirib ki, seçkilərlə bağlı qərar İmamoğlunun siyasi yüksəlişə davam edəcəyini göstərir:

“Türkiyədə iyunun 23-ü bələdiyyə seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq artıq İmamoğlu İstanbul miqyasında deyil, Türkiyə miqyasında olan bir siyasətçiyə çevrilməkdədir. Bundan sonra onun rəqibləri Ərdoğan və CHP-nin başqanı Kamal Kılıçdaroğlu olacaq.

Bu qərar faktiki olaraq İmamoğlunu Türkiyə liderliyi uğrunda mübarizəyə sövq edir. Təsadüfi deyil ki, dünən axşam onun İstanbulda çıxışı sanki onun İstanbul deyil, Türkiyə prezidentliyi uğrunda mübarizə aparacağını göstərirdi. 

Gözlənilən odur ki, lirə ucuzlaşmaqda davam edəcək, Türkiyədəki iqtisadi, siyasi və təhlükəsizlik ab-havasında da sabitlik iyunun 23-nə kimi təbii ki, ola bilməz. Ümumi götürdükdə kommunistlərin CHP-yəö səs verəcəyi aydındır. Amma HDP partiyasının tərəfdarları bundan əvvəl CHP-yə səs vermişdilərsə, indi kimə səs verəcəklər maraqlıdır”.

Qeyd edək ki, Türkiyənin Yüksək Seçki Komissiyası İstanbulda bələdiyyə başqanı seçkisinin təkrarlanmasını qərara alıb.  YSK üzvlərinin 7-si qərarın lehinə ,  4-ü əleyhinə verib.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!