İmamoğlu qalib gəldi, onu ilk Binəli Yıldırım təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

İmamoğlu qalib gəldi, onu ilk Binəli Yıldırım təbrik etdi

Dünya

23 İyun 2019 19:00 1227


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərdə səsvermə başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, seçkilərin nəticələrinə görə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 54.01 faiz səslə qalib gəlib. 

Binəli Yıldırım isə 45.10 faiz səs toplayaraq seçkidə uduzub.  Dominos pizza

Artıq B. Yıldırım məğlubiyyətini qəbul edib. O, Əkrəm İmamoğlunun  qalib gəldiyini deyib: “Bu an etibarı ilə Əkrəm İmamoğlu öndədir. Onu təbrik edib uğurlar arzu edirəm”

Qeyd edək ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedirdi.

Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanmışdı.

Hakim partiya isə İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!