İmamoğlu və Yavaş Akşenerlə görüşdü - ŞOK TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

İmamoğlu və Yavaş Akşenerlə görüşdü - ŞOK TƏKLİF

Siyasət

06 Mart 2023 15:41 516


Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş İYİ Partiyanın sədri Meral Akşenerlə görüşüb. 

Modern.az xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

Görüş İYİ Partiyanın qərargahında baş tutub. Partiyadan bildirilib ki, Yavaş və İmamoğlu Akşenerə təkliflərini təqdim ediblər. Təklif bundan ibarət olub ki, Türkiyənin yeni prezidenti müxalifətin namizədi olacağı təqdirdə, Yavaş və İmamoğlu prezidentin köməkçisi olacaq.  pizza sifarişi

Qeyd edək ki, daha əvvəl "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiyası blokdan çıxdığını açıqlayıb. Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!