Türkiyədə seçki mübarizəsi davam edir. Müxalifətin əsas namizədi sayılan CHP başqanı Kemal Kılıçdaroğlu və yaxın ətrafı ölkələrin müxtəlif şəhər və qəsəbələrində mitinqlər keçirirlər.
Yenisabah.az xəbər verir ki, vitse-prezidentliyə namizəd, İstanbulun bələdiyyə başqanı Ekrem İmamoğlu dünən Ərzurumda naməlum şəxslərin hücumuna məruz qalıb. İmamoğlunun mitinq keçirdiyi meydana hücum edən 200-300 nəfərlik qrup 10-dan çox adamın yaralanmasına səbəb olub.
Maraqlıdır ki, bu hadisə ölkədə böyük rezonans doğursa da, analoji təxribatların davam edəcəyi gözlənilir. Bu gün Konyada tərəfdarları ilə görüşəcək Ekrem İmamoğlunun yenidən təzyiqlə üzləşə biləcəyi istisna olunmur. Türkiyə mətbuatının yazdığına görə, Konyada fəaliyyət göstərən bəzi hakimiyyət əleyhdarları İmamoğlunu hədəf göstərməkdən çəkinmirlər. Toyuqlu pizza
Bu sırada “Türk Kızılay”ının Konyada fəaliyyət göstərən 2 nümayəndəsinin də adı hallanır. KİV-in yazdığına görə, Abdullah Halit Üzülmez və Ahmet Dağlı adlı 2 “Kızılay” rəsmisi E.İmamoğlunu açıq hədəf göstərdiyi üçün bu gün işdən çıxarılıb.
Xatırladaq ki, A.Dağlı İmamoğlunun mitinq keçirəcəyi Anıt Meydanını işarə edərək, “Şeytanı daşlamaq istəyən gedə bilər”, - deyib.
Telegram kanalımız