İmişlidə 07 aşdı, sürücü huşunu itirdi - Video

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə 07 aşdı, sürücü huşunu itirdi - Video

Kriminal

03 Fevral 2019 18:04 1359


İmişli rayonunun ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, qəza bu gün saat 11 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini 1982-ci il təvəllüdlü Əliyev Elvin Əyyub oğlu VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib avtomobil yoldan çıxaraq aşıb. Sürücü qəzanın təsirindən şoka düşərək huşunu itirib. Marqarita pizza

Hadisə yerinə təcili təxirə salınmaz tibbi yardım stansiyasının İmişli regional məntəqəsinin əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!