İmişli rayonu Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur.
“Yeni Sabah” xəbər verir ki, bu sözügedən yolun uzunluğu 14.3 km olan III texniki dərəcəli Bəhrəmtəpə-İmişli, həmçinin uzunluğu 21.7 km olan IV texniki dərəcəli Cəfərli-Oruclu-Asğaməmmədli hissələridir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 7-6 m, çiyinlərin eni 2-2.5 m olmaqla yolun ümumi eni 12-10 m təşkil edəcək. pizza hut
Layihə çərçivəsində yollar yararsız və deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək yayılıb və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Bundan başqa yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranmışdı. Məhz bu mqəsədlə yol boyu müxtəlif diametrlərə malik 398 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb və izolyasiya olunub.
Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 190 yol nişanı, km göstəriciləri, 1372 siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 8 ədəd avtobus dayanacağı inşa ediləcək.
Telegram kanalımız