İmişlidəki dəhşətli qəza ilə bağlı rəsmi məlumat:   Sürücü və sərnişinlər suda boğulub

saytların hazırlanması

Evə çatdırılma

İmişlidəki dəhşətli qəza ilə bağlı rəsmi məlumat: Sürücü və sərnişinlər suda boğulub

Hadisə

09 Sentyabr 2019 11:24 1097


Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonununda 5 nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulub. pizza sifarişi

İmişli Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!