İmkanlı şəxslərin iftara dəvətinə dair dini qadağa varmı?

saytların hazırlanması

Evə çatdırılma

İmkanlı şəxslərin iftara dəvətinə dair dini qadağa varmı?

Din

04 Aprel 2023 13:55 1904


Ramazan ayı başladıqdan sonra iftar süfrələri ilə bağlı həmişəki müzakirələr yaranıb. Cəmiyyətdə belə bir fikir hakimdir ki, iftar süfrələrində çox vaxt ehtiyacı olmayan insanlar, o cümlədən deputatlar, sənətçilər və s iştirak edir. Amma heç kim soruşmur ki, ümumiyyətlə, imkanlı insanların iftar süfrələrində iştirakı ilə bağlı dini məhdudiyyət varmı? 

Mövzu ilə bağlı danışan ilahiyyatçı Ağa Hacıbəyli Yenisabah.az-a açıqlamasında bildirib ki, "zəngin adam iftar süfrəsində oturmamalıdır" deyə, bir qadağa yoxdur: 

"Amma daha çox üstünlük verilən Ramazan ayında ac, möhtac insanların bu cür süfrələrə cəlb edilməsi, onların qarınlarınını doyurulması, onlara ikramların edilməsidir. pizza hut

İmkanlı şəxslərə məhdudiyyət qoyulmur. Ümumən isə Ramazan ayı əslində, maddi süfrə zamanı deyil, könül süfrəsinin açıldığı zamandır. Yəni insanın öz qida qəbulundan daha çox başqasını yedizdirməsi".

Ağa Hacıbəyli qeyd edib: "Orucu tutub aclığın əziyyətini, onun əzabını, aclığın necə bir fəryad olduğunu canlı-canlı yaşayırıq. Çalışmalıyıq ki, süfrələrimizdə fəqir insanlar əyləşsinlər, nəyinki tanınmış insanlar”.

Yer üzünün ən üstün insanı Peyğəmbərimiz olub. Səhabənin içərisində peyğəmbərimizi iftara dəvət edən insanlar, Peyğəmbər dostları arasında zəngin şəxslər olub. Zəngin adamlarında isə böyük vəzifələrindən biri süfrələrini fəqirlər üçün açmasıdır. Ramazanda cəmiyyətin zənginləri ilə fəqirlər arasında körpülər qurulur. Peyğəmbərimizin dövründə elə bir insan yox idi ki ac qalsın. Ona görə deyirdi ki, qonşusu ac ikən rahat yatan bizlərdən deyil".

Şəhla Ağazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!