İmran Xana ölüm cəzası verilə bilər

saytların hazırlanması

Evə çatdırılma

İmran Xana ölüm cəzası verilə bilər

Dünya

02 May 2022 23:09 607


Pakistanın keçmiş baş naziri İmran Xan “küfr”də ittiham olunub.

Cinayət işi Pəncab əyalət polisi tərəfindən Məhəmməd Naimin tələbi ilə Xanın özü, onun rəhbərlik etdiyi “Təhriki İnsaf” partiyasının əsas üzvləri və bir neçə keçmiş nazir də daxil olmaqla, 150 nəfərə qarşı qaldırılıb.

İddiaya görə, Xan və tərəfdarları ötən cümə axşamı Səudiyyə Ərəbistanına səfəri zamanı yeni baş nazir Şehbaz Şərifə qarşı mitinq təşkil ediblər. pizza

Qeyd edək ki, Şərif və nümayəndə heyətinin üzvləri Mədinədə “Məscid ən-Nəbəvi”ni ziyarət edərkən, yüzlərlə insan onun əleyhinə şüarlar səsləndirməyə başlayıb. Pakistanlı zəvvarlar olduğu güman edilən şəxslərin “oğru” və “xain” deyə qışqıraraq Şərif və onun nümayəndə heyətinə qarşı nalayiq ifadələr işlədiblər. Səudiyyə rəsmiləri insidentdə iştirak etdiyi iddia edilən beş Pakistan vətəndaşını həbs edib. Pakistanın özündə isə İslamın ən müqəddəs məkanlarından birində baş verənlər “küfr” kimi qiymətləndirilib.

İmran Xan və onun tərəfdərlarının günahı sübut edilərsə onları 10 il həbsdən tutmuş ölüm hökmünədək müxtəlif cəzalar gözləyir.Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!