İmtahan proqramında dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

İmtahan proqramında dəyişiklik edildi

Sosial

22 Aprel 2019 22:34 1955


Dövlət qulluğuna qəbulun test imtahanının qanunvericilik proqramında dəyişikliklər edilib.

"Yeni Sabah" Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 19 fevral 2019-cu il tarixli və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” 19 fevral 2019-cu il tarixli qanunlarının qüvvəyə minməsi ilə əlaqədar dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında dəyişikliklər baş verib.

Belə ki, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz olunub. Marqarita pizza

Test imtahanı proqramları ilə daha ətraflı Mərkəzin saytında tanış olmaq mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!