Nazir iki rəhbər şəxsi vəzifəsindən qovdu -   Prinsipləri pozublar

saytların hazırlanması

Evə çatdırılma

Nazir iki rəhbər şəxsi vəzifəsindən qovdu - Prinsipləri pozublar

Siyasət

06 Sentyabr 2019 16:12 1671


Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub. 

“Yeni Sabah” “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov işdən çıxarılıb.  pizza

Nazirin digər əmri ilə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov da vəzifəsindən azad edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumatı saytımıza təsdiq edib.

O bildirib ki, hər iki şəxs Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad ediliblər:

"Bizim qurumun fəaliyyət prinsipləri fermerlərə yaxınlıq, şəffaf, səmərəli idarəetmə və innovasiyaların tətbiqidir. Çıxarılan şəxslər konkret olaraq fermerlərə yaxınlıq prinsipini pozduqları üçün işdən çıxarılıblar".

Qeyd edək ki, onların yerinə yeni təyinat hələki yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!