ABŞ-ın Corciya ştatında dəhşətli hadisə qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, Triş Vilçer adlı gənc qadın gecə yatmağa hazırlaşarkən 18 ilanla qarşılaşıb.
"Yerdə tük olduğunu düşündüm, götürməyə çalışarkən hərəkət etdi. Bir neçə saniyə sonra yerdə başqa bir şeyin də hərəkət etdiyini gördüm və bunların balaca ilanlar olduğunu anladım, dərhal həyat yoldaşım Maksa vəziyyəti danışdım, otaqdan 17 bala, bir ana ilan çıxardıq, amma tam çıxardığımıza əmin deyiləm. Çətin ki, bu gün yata bilim",-deyə o "Facebook" hesabında qeyd edib. pizza mizza
Corciyalı bioloq Daniel Sollenberq isə açıqlamasında ştatda bu kimi halların normal olduğunu, ilanların ən kiçik deşiklərdən belə keçə bildiyini diqqətə çatdırıb.
Telegram kanalımız