İnanılmaz: Nənə və babasının məzarında narkotik əkdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İnanılmaz: Nənə və babasının məzarında narkotik əkdi - Fotolar

Maraqlı

16 İyul 2021 16:23 1159


Türkiyənin Afyonkarahisar əyalətinin Dazkırı rayonunda iki ər-arvadın dəfn olunduğu məzarda əkilməsi qadağan edilən çətənə kolunun yetişdiyini görən sakinlər polis əməkdaşlarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, daxil olan şikayət əsasında araşdırma aparan polis əməkdaşları 29 yaşlı Ç.Q-in nənə və babasının məzarında çətənə kolu əkdiyini üzə çıxarıb.

Məzarlara baxış zamanı, oradan ümumilikdə 26 çətənə kolu aşkarlanıb. Dördpendirli pizza

Saxlanılan gəncin yaşadığı evə baxış keçirilən zaman, daha 62 ədəd çətənə kolu, 54 qr qurudulmuş marixuana, 587 qr. "patı" kimi tanınan və psixotrop maddə olan metamfetamin və 1 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. 

Faktla bağlı Afyonkarahisar Prokurorluğunda cinayət işi açılıb. (modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!