İnce Kılıçdaroğlunun qarşısında ağır şərt qoydu

saytların hazırlanması

Evə çatdırılma

İnce Kılıçdaroğlunun qarşısında ağır şərt qoydu

Siyasət

04 May 2023 16:13 937


Türkiyədə prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce "Millət İttifaqı"nın namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləmək barədə danışıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnce bunun üçün şərtini açıqlayıb.

"Mən nazirlik, vitse-prezidentlik və ya başqa bir vəzifə istəmirəm. Amma Kılıçdaroğlunu dəstəkləmək üçün şərtim var. DEVA Partiyasının sədri Ali Babacanı və Gələcək Partiyasının sədri Ahmet Davutoğlunu uzaqlaşdırsın, mən də ona dəstək verim", - deyə namizəd bildirib. pizza

Qeyd edək ki, DEVA və Gələcək Partiyaları "Millət İttifaqı"na daxil olan partiyalardır və sosial şəbəkələrin Türkiyə seqmentində İncenin bu addımı rəqibini zəiflətmək və onu dəstəkləyən ittifaqı parçalamaq cəhdi kimi qiymətləndirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!