“Muharrem İnce namizədliyini geri götürəndə kifayət qədər aydın hədəfləri göstərdi”.
Bu sözləri Yenisabah.az-aaçıqlamasında tanınmış hüquqşünas, politoloq Ələsgər Əhmədoğlu deyib.
O, “Memleket” Partiyası başqanı Muharrem İncenin prezidentliyə namizədlikdən imtina etməsinin pərdəarxası məqamlarından, habelə ona veriləcək səslərin kimə gedəcəyindən söz açıb. Dördpendirli pizza
Ə.Əhmədoğlu xatırladıb ki, partiya sədri bütün çıxışını ona qarşı aparılan kampaniyanın üzərində qurdu:
“Ona qarşı kampaniyanı da Kılıçdaroğlunu dəstəkləyən tərəf aparırdı. Çünki Muharrem İnce bütün seçki boyunca davamlı olaraq onları hədəf alırdı, onlar da sistemli şəkildə İnce ilə bağlı kampaniyaları tirajlayırdılar.
Bu baxımdan, İncənin ilk işi onları vurğulamaq oldu. Lakin İnce ümumi şəkildə dövlət qurumlarının adını çəksə də, bir başa nə Ərdoğanın, nə də AKP-nin haqqında bir şey dedi. Bu da onu göstərir ki, İnce öz tərəfdarlarına o qapını açıq buraxdı”.
Müsahibimizə görə, ikinci önəmli bir məsələ isə odur ki, xarici səfirliklərdə artıq 2 milyon yaxın səs verilib və həmin bülletenlər var:
“Ola bilsin ki, orada xeyli sayda səs də itmiş olacaq. Üçüncüsü, bülletenlər dəyişə bilmədiyi üçün yenə kimlərsə gedib ona səs verməyəcək. Çünki onun elektoratlarının sayı da azalmışdı və son sorğulardakı nüfuzu 2%-in altında, Sinan Oğandan da aşağıda idi.
Onun partiyasına səs verənlər isə protesto kimi ya sandığa getməyəcək, ya da getsə bilə, onun son ritorikasını nəzərə alıb heç kəsə səs verməyəcək, yəni İnceyə səs verib səslərini boşa çıxaracaqlar”.
“Böyük ehtimalla, ona səs verməli olanlar öz səslərini nə CHP-yə, nə də AKP-yə verəcək. Ola bilsin ki, cüzi bir kəsim AKP-yə səs versin, amma ümumi şəkildə götürsək, əgər İncenin tərəfdarları bu 2 tərəfdən birini əvvəldən seçmiş olsa idilər, onda heç İnceyə əvvəldən səs verməzdilər.
Biz burada İncenin linç edildiyini də gördük. Çünki bu linçləmə əməliyyatında İncenin sözlərinə görə hökumət səssiz qaldı, digər isə bunu tirajladı. Bu da avtomatik olaraq İnceyə simpatiyası olanların AKP və CHP-dən uzaq durmasına gətirib çıxaracaq. Bəlkə də “Memleket” üzvləri üçüncü bir tərəfə - Sinan Oğana daha çox səs verə bilərlər. Amma böyük ehtimalla, onun özünü seçəcəklər və bu da etibarsız səslər sayılacaq”, - o, fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız