“Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsinin imzalanmasından 195 il ötür. Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, 1828-ci il fevral ayının 10-da Çar Rusiyası və İran arasında bağlanan bu müqaviləyə əsasən Azərbaycan torpaqlarının Araz çayından Şimal hissəsi Çar Rusiyasının, Cənub hissəsi isə İranının (Qacarların) əsarətinə keçdi”.
“Yeni Sabah” xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə deyib. O, bildirib ki, Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya birləşdirildi:
“Türkmənçay müqaviləsi 16 maddədən ibarətdir. Müqaviləyə görə Azərbaycan torpaqları ikiyə bölünməklə yanaşı ermənilərin də Azərbaycan ərazilərinə köçürülməsi nəzərdə tutulurdu. pizza mizza
Müqavilə tariximiz ən ağrılı və qara səhifəsi olsa da, ermənilərin indi yaşadıqları Qərbi Azərbaycan və Qarabağ ərazilərində olmadığını və Azərbaycan ərazilərinə köçürüldüklərini göstərən Kürəkçay (1805), Gülüstan (1813) müqavilələri ilə yanaşı əlimizdə olan ən tutarlı hüquqi sənəddir.
Müqavilənin birinci maddəsində “bu müqavilə, Rusiya imperatoru hәzrәtlәri vә İran şahı hәzrәtlәri arasında, onların vәrәsәlәri vә taxt-tacın varislәri, onların dövlәtlәri vә qarşılıqlı surәtdә tәbәәlәri arasında bundan sonra әbәdi sülh, dostluq vә tam razılıq olacaqdır” qeyd edilir. Yəni müqavilə onları imzalayan tərəflərin və ondan sonra hakimiyyətə gələcək şəxslərin vərəsələri tərəfindən də qəbul edilmiş olur.
SSRİ zamanında bu müqavilənin bağlanmasına görə ölkəmizdə elmi tədbirlər keçirilirdi. Şükürlər olsun ki, indi açıq şəkildə Rusiyanı və İranı işğalçı adılandıra bilirik”.
Telegram kanalımız