Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Məlumata görə, müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb.
İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Düzü, artıq apteklərə baş çəkdikdə maska problemi həll olunduğunun şahidi oluruq. Lakin indi də, tibbi əlcək məsələsi ortaya çıxıb. Apteklərdən bildirilir ki, insanlar kütləvi şəkildə əlcəyə üstünlük verirlər və ona görə də əlcək qıtlığı yaşanır.
Maraqlıdır, əlcək problemini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Toyuqlu pizza
İqtisadçı-ekspert Natiq Cəfərli Yenisabah.az-a açıqlamasında əlcək istehsalının maska ilə müqayisədə bir qədər problemli olduğunu diqqətə çatdırıb:
“Çünki bizdə xammal problemi var. Maskanın xammalı belə xaricdən gətirilir. Ona görə də yerli istehsalın təşkili daha uzun çəkə bilər. Maska tikilməsi üçün zavodun açılması o qədər də problemli deyildi. Lakin rezin əlcəklərin istehsalı üçün indi başlasaq, bir neçə ay çəkəcək, ən yaxşı halda 3-4 ay... O zamana qədər də yəqin ki, məsələ aktuallığını itirər”.
Ekspert problemin həll yolunu da göstərib:
“İndiki problemli dönəmdə biznesə dəstək olmaqla və ya dövlət xətti ilə əlcəklərin xaricdən alınıb gətirilməsinə üstünlük vermək lazımdır. Əsasən, bunun istehsalı Çindədir, oradan idxal olunması daha məqsədə uyğundur. Danışıqları intensivləşdirib, bəzi bariyerləri aradan qaldırıb, yəni vergi və gömrük rüsumlarını tamamilə sıfırlayıb ölkəyə daha çox gətirilməsinə nail olmaq olar”
Sayad Həsənli
Telegram kanalımız