İnfantino Trampa mükafat verəndən sonra şikayət edildi

saytların hazırlanması

Evə çatdırılma

İnfantino Trampa mükafat verəndən sonra şikayət edildi

İdman

09 Dekabr 2025 22:53 949


FIFA-nın Etika Komitəsinə təşkilatın prezidenti Canni İnfantino barəsində şikayət təqdim edilib.

Oxu.Az bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.

İnfantino siyasi neytrallığı qorumaq vəzifəsini pozmaqda ittiham olunur. Həmçinin, şikayətdə ABŞ Prezidenti Donald Trampa FIFA-nın Sülh Mükafatının təqdim edilməsi prosesinin araşdırılmasının təşkil edilməsi istənilib. pizza mizza

İnfantinoya qarşı şikayəti miqrant işçilərinin hüquqları, siyasi repressiyalar və idman məsələləri ilə məşğul olan "FairSquare" qeyri-kommersiya təşkilatı təqdim edib.

Xatırladaq ki, Tramp futbol üzrə dünya çempionatının püşkatma mərasimi çərçivəsində FIFA Sülh Mükafatına layiq görülüb. Ona bu il təsis olunmuş mükafatı FIFA prezidenti Canni İnfantino təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!