İnfarkt riskini 4 dəqiqədə bilmək olacaq -   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

İnfarkt riskini 4 dəqiqədə bilmək olacaq - YENİLİK

Sağlamlıq

19 Fevral 2025 12:58 570


Ürək problemlərindən əziyyət çəkənlər üçün tibb dünyasından şad xəbər gəlib.

Yenisabah.az xəbər verir ki, süni intellekt artıq 4 dəqiqə ərzində infarkt riskini müəyyən edə biləcək.

Mütəxəssislər ağrısız skan etməni təmin edən süni yardımlı cihazı tibb dünyası üçün inqilab kimi qiymətləndirirlər. Dominos pizza

Kardiologiya mütəxəssisi, həkim Esat Çekin süni şəkildə dəstəklənən "Cardisio" cihazına diqqət çəkərək bildirib ki, bu ixtira tibb dünyası üçün inqilab sayıla bilər:

"Ürək müayinəsi etmək üçün süni intellekt dəstəyindən istifadə edə bilərik, bu baxımdan çox güclü imkanımız var. Süni intellekt sağlamlıqda həqiqətən inqilabi reallıqlar vəd edir. Düşünürəm ki, cəmiyyət üçün edilə biləcək ən əhəmiyyətli şey ürək xəstəliyi daşıyıcısı olan və bundan xəbərsiz insanları aşkar etmək, onların infarkt keçirməsinin, ani ölümlərin qarşısını almaq və həyat keyfiyyətinə təsir etməməkdir".

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!