Göyçay rayonunda “İnfiniti” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.
Hadisə Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər - Göyçayın Yeniarx kənd sakini 1990-cı il təvəllüdlü Abdullayev Taleh Əmraslan oğlu və Xəlitli kənd sakini 1998-ci il təvəllüdlü Qasımov Anar Şakir oğlu müxfəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Dördpendirli pizza
Polisdən alınan məlumata əsasən, Göyçay rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi "99-EF-033" dövlət nömrə nişanlı "İnfiniti" markalı avtomobil qəzadan öncə bir nəfər piyadanı da vurub.
Faktla bağlı araşdırma aparılır.
ONA
Telegram kanalımız