İnfluenser və blogerlər üçün bəd xəbər - Bu qanunlar dəyişdi, ciddi qadağalar gəldi

saytların hazırlanması

Evə çatdırılma

İnfluenser və blogerlər üçün bəd xəbər - Bu qanunlar dəyişdi, ciddi qadağalar gəldi

Rəqəmsal

22 May 2025 21:46 1405


"İnfluenser və blogerlər üçün qara xəbər gəldi və qanun dəyişdi. Bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydini əlavə etməlidir".

Yenisabah.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas sosial media hesabında qeyd edib.

O, həmçinin bildirib ki, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur: Dominos pizza

"Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.

Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsisçiləri olaraq adlandırıldı. Qanun isə artıq qüvvəyə mindi. Diqqətli olun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!