Mayın 29-da Bakıda keçiriləcək UEFA-nın final oyununda əcnəbilərin, xüsusilə ingilislərin ölkəyə səfəri ilə əlaqədar pivə qiymətlərinin artacağı ilə bağlı fikirlər səsləndirilir. Bu da daha çox ingilislərin pivəyə olan yüksək tələbatına görədir.
Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Sabah”a açıqlamasında bildirib ki, pivə istehlakının artması gözləniləndir:
“İngilis azarkeşlərinin Azərbaycana iki günlük səfəri gözlənilir. Onların pivəyə marağının olduğu həqiqətdir. Təbii ki, pivə istehlakının artması gözləniləndir. Amma gələcək azarkeş sayının o qədər çox olması gözləntisi də yanlışdır. Bildiyimiz kimi, 50-ə yaxın çarter reys olacaq ki, bu da maksimum 10 min azarkeşin gəlməsi deməkdir. Ola bilər başqa ölkələrdən də gəlsinlər. Bu iki dəfə arta bilər. Bu say kifayət etmir ki, pivənin süni qiymət artımı ilə bağlı hər hansı addımların olmasını gözləyək. Pepperoni pizza
Çünki burada başqa önəmli məsələ də var. Məsələ ondan ibarətdir ki, Azərbaycanda həmişə orucluq ayında pivə istehlakı azalır. Ötən illərdə də bunun kifayət qədər örnəklərini görmüşük. Ona görə də ingilis azarkeşlərinin cəmi iki günlük səfəri istehlakın, ümumilikdə pivə istehsalının və satış həcminin artmasına o qədər də dəstək olmayacaq. Mən düşünürəm ki, hətta bu ay ərzində pivə satışında və istehlakında keçən aylarla müqayisədə ciddi bir fərqin olmadığını da görəcəyik. Ona görə də süni qiymət artımının olacağını düşünmürəm.
Amma başqa bir şey ola bilər. Xarici turistləri gördükdə bəzi iş adamları qiymət artırmağa meyilli olurlar. Belə faktların olması mümkündür və qeydə alınacaq”.
Əsmər Qabil
Telegram kanalımız