İngilislər Saleh Məmmədovun oğlu haqda nə düşünür? –   “Atası yeni saat alacaq”

saytların hazırlanması

Evə çatdırılma

İngilislər Saleh Məmmədovun oğlu haqda nə düşünür? – “Atası yeni saat alacaq”

Dünya

27 İyun 2019 07:24 3318


Xəbər verdiyimiz kimi, Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlinin 1 milyon funt sterlinq (2.5 milyon manat) dəyərində saatı oğurlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı Böyük Britaniyanın “Daily Mail” qəzeti yayıb. Xəbər qəzetin saytına da yerləşdirilib. Bu ana qədər saytda xəbərə mindən artıq şərh gəlib.

22 yaşlı gəncin 1 milyonluq saata sahib olması oxucuları heyrətləndirib. Onlar oğurluq faktını bir kənara qoyaraq Sübhan Məmmədlinin bu yaşda bu qədər sərvətə necə nail olması haqda öz fikirlərini bildiriblər. Hətta sərhlərin bir çoxunda ümumiyyətlə ölkəmiz haqda neqativ fikirlər yer almaqdadır. Bir korrupsioner məmurun harın oğlunun hərəkəti ölkənin imicinin yüksəlməsi üçün illərlə keçirilən tədbirlər və zəhmətləri bir anda kölgəyə salır.  pizza hut

İngilis oxucularının heyrət ifadə etdiyi şərhlərin bir neçəsini təqdim edirik:

“22 yaşlı azərbaycanlı turist, məmur oğludur güman ki, xalqdan oğurluq edir. Hazırda İngiltərədə daha biri var. İstintaq aparılır. Londondakı aktivləri müsadirə olunur. Amma milyon funtluq saat ehtimalla ölkəsindən oğurlanmış pul ilə alınıb. Yəqin ki, sabah başqa birini satın alacaqlar”.

“Heç bir saat 1 milyon dəyərində deyil. Heyrət! İnsan irqindən bəziləri həqiqətən də öz sahibi olmalıdır”.

“Bu bir saat... 1 milyona... Bu, əxlaqsızlıqdır”.

“22 yaşlı oğlan super zəngindir...”

“Məmur atası ona yeni bir saat alacaq, narahat olmayın”.

“Mənim avtomobilim bir milyon dollar dəyərində deyil... Axmaq” 

“Azərbaycana nə qədər xarici yardım göstəririk? Belədirsə, 30 yaşındakı uşaqlar bu qədər zəngindirsə, ölkə özünə baxa bilər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!