“İnkişaf etmiş ölkələrdə  belə...” -   Azərbaycanda bu sahəni “nömrə 1” edən nə oldu?

saytların hazırlanması

Evə çatdırılma

“İnkişaf etmiş ölkələrdə belə...” - Azərbaycanda bu sahəni “nömrə 1” edən nə oldu?

Rəqəmsal

24 Dekabr 2019 12:46 1548


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-noyabr ayları arasında Ümumi Daxili Məhsulun ikirəqəmli artımının (15,9 faiz) qeydə alındığı yeganə sahə informasiya texnologiyaları sektorudur. Bu, heyrətamiz artım kimi də dəyərləndirilir.

Bəs bu artımın səbəbləri nədir? Ümumiyyətlə, Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən hansı layihələr, işlər bu artımı növbəti ildə də davam etdirə bilər?

Bununla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ilə əlaqə saxladıq. Ekspert "Yeni Sabah"a açıqlamasında artımın səbəblərini bu cür izah edib: Dominos pizza

"Son dövrlər Azərbaycanda rəqəmsal sahibkarlıq, İKT bazarı müəyyən qədər genişlənib. Həm internet biznes sahəsini götürsək, mobil operatorların statistikasına baxanda görürük ki, internetdən alınan gəlir səs qrafikindən, danışıqdan əldə edilən gəlirdən dəfələrlə çoxdur. Yəni, datadan, internet biznesindən xeyli gəlir əldə olunur. Eyni zamanda proqram məhsulları ilə bağlı müəyyən irəliləyiş var. 

Məsələn, Mingəçevirdə “Acer” komputerləri istehsal olunur, onları ölkədən kənara da satmağa başlayıblar. Bildiyim qədəri ilə, bizim yerli “Acer” istehsalçıları Özbəkistanda bir neçə tenderi udublar. Onlar üçün komputer təminatını həyata keçirirlər. Azərbaycanda İKT bazarında və internet bizneslə bağlı xeyli irəliləyişlər var". 

O.Gündüz bildirib ki, ümumi daxili məhsulda İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) çəkisi qonşu ölkələrlə müqayisədə aşağıdır və artımın yaranması üçün özəl sektor bu işə əl qoymalıdır:

"Mən düşünürəm ki, hələlik bizim ümumidaxili məhsulda İKT-nin xüsusi çəkisi çox aşağıdır. Qonşu ölkələrdə bu rəqəm yüksəkdir. Bu baxımdan bizdə potensial var. Potensialı gücləndirmək üçün isə ciddi tədbirlər aparılmalıdır. 

Potensialı artırmaq üçün qanunvericilik təminatı yetərli deyil. İKT sektorundakı rəqabətli mühiti normal hesab etmək olmaz. Burada dövlətin xüsusi çəkisi yüksəkdir. Mən hesab edirəm ki, rəqabətli mühit, biznes mühiti yaxşılaşdırılmalıdır. Bunun da əsas səbəbi kimi qanunvericiliyi təkmilləşdirmək lazımdır. 

Burada dövlətin çəkisini azaltmaq gərəkdir. Yəni, özəlləşdirməyə yer vermək lazımdır. Bizdə hələ də dövlət provayderləri var. Lakin inkişaf etmiş ölkələrdə  belə anlayış qalmayıb. Bir neçə dövlət provayder var. Bu nəyə lazımdır ki? Bu İKT sektorunda özəlləşdirmənin dozasını artırmaq gərəkdir. Bir neçə qurum var ki, orada özəlləşdirmə addımı atılmalıdır".

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!