İnqilab və neftin qiyməti...

saytların hazırlanması

Evə çatdırılma

İnqilab və neftin qiyməti...

İqtisadiyyat

25 Yanvar 2019 21:10 1281


Daha bir neft ölkəsi dünyanın diqqət mərkəzinə çevrilib. ABŞ və Kanada başda olmaqla dünyanın bir sıra ölkələrinin Venezuelada müxalifət lideri Xuan Quaidonu həmin ölkənin keçici rəhbəri kimi tanıması Nikolas Maduro hökumətini çətin vəziyyətə salmaqla yanaşı, qlobal bazarlara da təsirsiz ötüşməyəcək. 

Bəs Maduronin hakimiyyəti təhvil verməsi qlobal və xüsusən də neft bazarına necə təsir edə bilər? 

“Yeni Sabah” xəbər verir ki, durumu şərh edən iqtisadçı Vwqar Bayramov bildirib ki, Venesueladakı gərginlik qısa müddətli dövrdə neftin dünya bazar qiymətinin yüksəlməsinə səbəb ola bilsə də belə orta və uzun müddətli prespektivdə “qara qızılın” qiymətində kəskin enişlərə səbəb olacaq. “Doğrudur, sözügedən ölkədə vəziyyət gərginləşəcəyi və ABŞ sanksiyaların güclənəcəyi halda neftin qiymətində qısa müddətli artım istisna olunmur. Sezar pizza

Hasilat həcminə görə ilk onluğa belə düşə bilməyən Venesuelanın gündəlik neft hasilatı 2 milyon 276 min bareldir. Bu gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən çox nefti olan Venesuela hasilat həcminə görə iki rəqəmli mövqedə olsa da Xuan Quaido  dövrü başladığı halda amerikan kapitalı ilə istehsalın artacağı gözləniləndir. İllik 3 milyon faiz infilyasiyaya malik olan Venesuelada yeni dövr başladığı halda hökumət “daha çox neft satıb daha çox gəlir əldə etməyə” çalışacaq. İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu da, demək olar, yoxdur. Bu isə o deməkdir ki, Vaşinqton meyilli gəncin Venesuelada hakimiyyətə gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda isə OPEK-nin istənilən səyinə baxmayarq, neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi də istisna olunmur. Göründüyü kimi, 2019-cu il öncədə proqnozlaşdırıldığı kimi dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq. Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!