“İnsanlar avara deyillər ki...“ - Deputat vəkil problemindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“İnsanlar avara deyillər ki...“ - Deputat vəkil problemindən danışdı

Siyasət

28 Fevral 2019 16:42 1556


“Ümumiyyətlə Vəkillər Kollegiyasının formalaşması işi nəzərdə tutulan qaydadan daha da mürəkkəbləşdirildi. Bu da müəyyən problemlər yaradır. Çox sayda nöqsana gətirib çıxarır”. 

Bu sözləri “Yeni Sabah”a  açıqlaması zamanı millət vəkili Fazil Mustafa deyib.  Onun sözlərinə görə, nümayəndəlik institutunun ləğvi  işləri daha da çətinləşdirib:

“Nümayəndəlikləri ləğv etdilər ki, vəkilliyi inkişaf etdirəcəyik. Bunun da nəticəsində vətəndaşların hüquq-müdafiəsi əlçatan olacaq.  Bu, əslində işi daha çox çətinləşdirdi. Həmçinin vəkillərin imtahan prosesi çox ağırlaşdırıldı. Heç dövlət qurumuna qəbul üçün bu cür imtahanlar keçirilmir. Halbuki vəkillik insan hüquqlarını məhkəmədə müfaiə etmək üçün bir qurumdur. Bu da insanların seçimindən asılıdır. Yaxşı vəkil pul qazanacaq, yaxşı olmayan isə qazanmayacaq. Vətəndaş da seçimi onun üzərində qurur. Bunu bu qədər mürəkkəbləşdirməyə nə ehtiyac var? Ona görə bildiririk ki, qapını açmaq lazımdır. Bu qədər məhdudiyyət qoymaq olmaz. Adam testdən keçir, gəlib şifahi müsahibədən kəsilir. Elə şeymi olar? Ya da testdən keçib müsahibədən keçmədikdə gələn il bir də test imtahanı verməlidir. Niyə? İnsanlar avara deyillər ki. Hamının işi-gücü var. Ona görə, bu mexanizm dəyişməli və asanlaşdırılmalıdır”. Pepperoni pizza

Millət vəkili bildirib ki, buna görə vətəndaşın hüququ lazımi səviyyədə müdafiə olunmur:

“Hakimiyyət Vəkillər Kollegiyasının işinə nə dərəcədə qarışır bilmirəm. Amma bunu bilirəm ki, o qədər də uğurlu variant seçilməyib. Burada riskdən daha çox vətəndaşın hüququ lazımi səviyyədə müdafiə olunmur. Vətəndaş artıq müdafiə qurumuna müraciət etmək istəmir,  inam azalır. Vəkilin həddindən artıq istintaq orqanlarından asılı olması, onların rəyi ilə çıxarılması yanlış addımlardır”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!